Lavrovdan Ukraynadakı müharibənin mümkün perspektivi haqda AÇIQLAMA
Kateqoriya məlum deyil
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukrayna savaşının mümkün perspektivləri ilə bağlı fikirlərini açıqlayıb.
Sfera.az bildirir ki, o, bu barədə “Tsarqrad” telekanalına müsahibəsində danışıb.
“Ukraynadakı müharibə ABŞ-nin Əfqanıstanda əvvəllər etdiyi kimi müttəfiqlərini tərk etməsi səbəbindən bitə bilər”, deyə Lavrov deyib.
Rusiyalı diplomat fikirlərini bu cür tamamlayıb: “Ümid edirəm ki, müasir siyasətçilər tarixə diqqət yetirirlər. Bir çox politoloqlar proqnozlaşdırırlar ki, müharibə amerikalılara lazım olduğu müddətcə davam edəcək. Bu baxımdan Kiyev hökuməti ABŞ onlara ehtiyac duyduğu müddətə qədər hakimiyyətdə olacaqlar”.
Günay Rəsulqızı






