Logo

“Priqojinə sui-qəsd təşkil edilə bilər” – Kreml “Vaqner” rəhbərini aradan götürəcək?

“Priqojinə sui-qəsd təşkil edilə bilər” – Kreml “Vaqner” rəhbərini aradan götürəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Kreml “Vaqner” muzdlu qrupunun rəhbəri Yengeni Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Priqojin “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdırıla və başqası ilə əvəz edilə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya hakimiyyəti bir müddətdən sonra Müdafiə Nazirliyi ilə “Vaqner” arasında qərar verməli olacaq:

“Çünki tərəflər arasında ziddiyyət, hətta, ola bilsin, bir-birilərinə “quyu qazmaları” haqda faktlar birbaşa olaraq prezident Vladimir Putinin ambisiyalarına mane olur. ABŞ İnstitutunun yaydığı məlumat onu deməyə əsas verir ki, artıq proses başlayıb. Qərb analitiklərinin fikirlərinə istinad etsək, söyləyə bilərik ki, hakimiyyət Müdafiə Nazirliyinə üstünlük verir. Hakimiyyətin Müdafiə Nazirliyinə üstünlük verməsinin bir neçə əsas səbəbi var. Birincisi, Müdafiə Nazirliyi rəsmi dövlət qurumudur və birbaşa Kremlə tabedir. “Vaqner”i isə hakimiyyətə bağlayan bir şey yoxdur. Deməli, hakimiyyət üçün nazirliklə işləmək daha etibarlı variantdır, nəinki “Vaqner”lə”.

Müsahibimiz bildirib ki, Müdafiə Nazirliyinin imkanları və təsir gücü daha çoxdur:

“Hakimiyyət “Vaqner”ə görə nazirlikdən imtina etsə, bu, ciddi daxili kataklizmlərlə, o cümlədən hərbçilərin çevriliş cəhdi ilə nəticələnə bilər. Bu baxımdan Rusiya hakimiyyətinin Müdafiə Nazirliyindən üz döndərəcəyi ağlabatan görünmür. Fikrimcə, Müdafiə Nazirliyi ilə “Vaqner” arasında gərginlik artan templə davam edəcək. Gələcəkdə Priqojinin “səhnədən çıxarılması”, o cümlədən ona qarşı sui-qəsd təşkil edilməsi mümkündür”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR