Logo

Kann 2023 - Conni Depp yeni filminin premyerasında ayaqda alqışlandı

Kann 2023 - Conni Depp yeni filminin premyerasında ayaqda alqışlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu axşam 76-cı Kann Film Festivalı başlayır.

Sfera.az bildirir ki,Film festivalı Conni Deepin Kral XV Lüdovikin məşhur məşuqəsi haqqında olan “Jeanne Dubarry” filminin nümayişi ilə başlayır.

Conni Depp rejissor və aktrisa Mayvenn Le Besko ilə birlikdə görünüb və bir neçə dəqiqə avtoqraf verib. Daha sonra onu əfsanəvi Pierre Richard hərarətlə qarşılayıb.

Qeyd edək ki, "Jeanne DuBarry" Conni Deppin keçmiş həyat yoldaşı Ember Heard ilə qalmaqallı məhkəmələrdən sonra çəkildiyi ilk, Mayvennin isə ümumilikdə altıncı bədii filmidir.

Kann Film Festivalının rəhbəri Thierry Fremaux bazar ertəsi festival öncəsi mətbuat konfransında Depplə bağlı sualları açıq-aşkar rədd edərək jurnalistlərə Deppin onu yalnız aktyor kimi maraqlandırdığını bildirib.

Filmin premyerası artıq qalmaqalla yadda qalıb. Maiwenn (Mayven) jurnalistə tüpürdüyün etiraf edib.

Filmin premyerası ərəfəsində rejissor, fransız aktyor və rejissor Mayven etiraf edib ki, o, jurnalist Edvi Plenelə tüpürərək hücum edib.

"Ona hücum etdiyimi təsdiq edirəm? Bəli. Hazır olanda bu barədə sizə məlumat verəcəyəm. Filmimin ekranlara çıxmasından çox narahatam" - Mayven deyib.

Müstəqil Fransanın onlayn araşdırma qəzeti olan “Mediapart”ın baş redaktoru və təsisçisi Plenel martın 7-də Mayveni təcavüzdə ittiham edərək polisə şikayət edib.

Onun sözlərinə görə, "Beşinci Element"in ulduzu restoranda yemək yeyərkən onun saçından tutub və üzünə tüpürüb. Şikayətdə Pleinel "hadisədən travma aldığını" bildirib.

Xatırladaq ki, bu il Kann qadın rejissorlar arasında rekord qıracaq: qadınların yeddi filmi Qızıl Palma budağına iddialıdır.

Digər tərəfdən, Kann Film Festivalı prezident Emmanuel Makronun mübahisəli pensiya islahatına cavab olaraq başlayan etirazlar nəticəsində “sıradan” çıxa bilər. Çünki Fransanın əsas enerji ittifaqı hələ də bu yaxınlarda təmir edilmiş Carlton otelinin yaxınlığında etiraz aksiyası hazırlayır. Birlik daha əvvəl film festivalı üçün elektrik enerjisini kəsməklə hədələmişdi.

Aysel

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR