200 milyonda bir hadisə - Britaniyada eyni yumurta üçəmləri doğuldu - FOTOLAR
İngiltərənin Yorkşir əyalətində Ceyms və Cenni Kasperin bu ilin əvvəlində eyni yumurta üçəmləri olub.
Sfera.az bildirir ki, üçəmlərin eyni olma şansı 200 milyonda birdir.
Eyni üçəmlər doqquz həftə vaxtından əvvəl doğulsalar da, hazırda yaxşı vəziyyətdədirlər. Qızlara Harper Gwen, Marvella və Evalynn adları verilib.
Üçəmlərin valideynləri üç qız övladının doğulmasından sanki cənnətin yeddinci qatında olduqlarını bildirib. Qızlar o qədər oxşardırlar ki, valideynlər onları ayırd edə bilmək üçün fərqli oturacaqlardan istifadə edir.
Cütlüyə əvvəlcə əkiz uşaq gözlədikləri deyilib, lakin əslində üçəm övlad sahibi olacaqlarını biləndə çox təəccübləniblər. Daha sonra hamiləliyin 20-ci həftəsində üçəmlərin eyni olduğunu öyrəniblər.
"Cenni bilən kimi mənə zəng etdi və telefonda dedi. Əvvəlcə ona inanmadım, gülməli olduğunu düşündüm, çünki daim bu barədə zarafat edirdik. O, mənə skan edilmiş şəkillər göndərdi. Onların üç başını bir yerdə görəndə az qala çənəm yerə dəydi. Tamamilə susdum və nə edəcəyimi bilmirdim.Ağladım,sonra sevindim,sonra necə öhdəsindən gələcəyimiz haqqında düşündüm və bu,bütün bunlar hisslərimin qarışıqlığından idi”- deyə britaniyalı ata bildirib.
Ceyms əlavə edib ki, Harper-Gwen, Marvella və Evalyn sözün əsl mənasında “kopyadırlar" və kimin kim olduğunu bilmək üçün onları fərqli kreslolara qoymalıdırlar.
"Onlar evdə olduqları ilk iki gün xəstəxanada adları yazılmış bilərziklər qoyduq. Əgər Cenni ilə gözlərimizi yumsaq və kimsə onları qarışdırsa, kimin kim olduğunu anlamaq çox çətin olardı"- üçəmlərin atası deyir.
Qeyd edək ki, üçəmlər təbii yolla doğulduğundan və ana bətnində ortaq plasentaya malik olduqları üçün onların doğulma şansı 200 milyonda bir olub.
Xanım
Sfera.az










