Yaşlı təqaüdçü yolu düzəltdiyinə görə 882 avro cərimə olundu - Məsələyə nazir müavini qarışdı
İtaliyada 72 yaşlı italiyalı Klaudio Trent öz başına çuxur düzəltdiyi üçün 882 avro cərimələnib.
Sfera.az bildirir ki, Klaudio Trent bu barədə özü İtaliyanın “Corriere della Sera” qəzetinə məlumat verib.
Trenta kiçik Barlassina şəhərindəki piyada keçidində təhlükəli çuxurun olması barədə bələdiyyə rəhbərliyinə dəfələrlə məlumat verib, lakin sorğular nəticəsiz qalıb.
Onun sözlərinə görə, yerli hakimiyyət orqanları 30 sm-lik dəliyi təmir edə bilməyiblər və təqaüdçü çüxuru özü doldurub.
"Çuxurun təmirinə görə 900 avroya yaxın cərimə komik filmin süjetinə bənzəyir. Ümid edirik ki, hamı sağlam düşüncədədir"- deyə material müəllifləri qeyd ediblər.
Klaudio Trenta sosial şəbəkədə paylaşdığı məktubda, polisin onu yol hərəkəti qaydalarını pozmaqda - icazəsiz ictimai yerdə potensial təhlükəli iş görməkdə ittiham etdiyini bildirib.
"Mənə tapşırılıb ki, çuxuru ilkin vəziyyətinə qaytarım. Əgər onlar məni tamamilə axmaq hesab edirlərsə, yanılırlar"- o deyib.
Bu tragikomik hadisə mədəniyyət nazirinin müavini Vittorio Sgarbi ilə birlikdə onlayn müzakirələrə səbəb olub.
"Nə yaxşı ki, yerli polisi bu cənaba təşəkkür etməyə təşviq edən sağlam düşüncəli insanlar da var" - deyə təqaüdçü bildirib.
Xanım
Sfera.az






