Logo

Valentin Yudaşkinin moda evinin hesablarına borca ​​görə həbs qoyuldu

Valentin Yudaşkinin moda evinin hesablarına borca ​​görə həbs qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Federal Vergi Xidməti ölümündən iki həftə sonra mərhum dizayner Valentin Yudaşkinin moda evinin hesablarına həbs qoyub.

Sfera.az bildirir ki, Rusiya mətbuatında yer alan məlumata görə, buna səbəb milyonlarla rubl məbləğində borclar olub. Qeyd olunur ki, şirkət bütün 2022-ci il üçün hesabat təqdim etməyib.

İki il əvvəl “Fashion House Valentin Yudashkin” MMC-nin hesablarına artıq 118 milyon rubl (bir milyon dollardan çox) borc yığıldığı iddia olunur.

Lakin moda evinin özündə bu məlumat təkzib edilir və butiklərin adi qaydada fəaliyyət göstərdiyini qeyd edirlər. Qeyd edək ki, Moskvanın Kutuzovski prospektində yerləşən butik fəaliyyətini davam etdirir.

"Hər iki butik (Kutuzovski prospekti, 19 və Voznesenski prospekti, 6/3) açıqdır və qrafikə uyğun işləyir. Qalina Yudaşkina Moda Evinin kreativ direktorudur və Maestronun işini davam etdirir. Brend fəal şəkildə mövsüm üçün yeni kolleksiyalar buraxmağa hazırlaşır”- moda evinin “The Blueprint” nəşrinə verdiyi açıqlamada deyilir.
Valentin Yudaşkinin moda evinin hesablarına borca ​​görə həbs qoyuldu

Qeyd edək ki, Qalina Yudaşkina Valentin Yudaşkinin qızıdır. O, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Pyotr Maksakovla ailə qurub.

Cütlüyün üç övladı var. Moskvada toy edib, ABŞ-da yaşayıb, daha sonra Honq Konqa köçüblər. Dizaynerin nəvələri ABŞ və Rusiya Federasiyasının vətəndaşlarıdır. Dizaynerin anası isə İsraildə yaşayır.

Ölümündən bir müddət əvvəl Valentin Yudaşkin, həyat yoldaşı Marina ilə birlikdə İsrailə səfər edib və orada uzun illər dostluq etdiyi Alla Puqaçova və Maksim Qalkinlə də görüşüb.

Xatırladaq ki, Valentin Yudaşkin mayın 2-də 59 yaşında böyrək xərçəngindən vəfat edib. Dizaynerin ölümünü onun həyat yoldaşı Marina Yudaşkina açıqlayıb.

Yudaşkinlə vida mərasimi mayın 6-da Troekurovski qəbiristanlığının dəfn zalında baş tutub. Məşhur dizaynerlə vidalaşmağa Rusiya şou-biznesinin demək olar ki, bütün ulduzları gəlib.

Valentin Yudaşkinin moda evinin hesablarına borca ​​görə həbs qoyuldu

Alla Puqaçovanın gəlişi də sürpriz olub. O, Təl-Əvivdən şəxsi təyyarə ilə uçub və mətbuata açıqlama verməyib.

Xanım

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR