Logo

Mübahisə etdiyi adamı qıcıqlandırmaq üçün övladının tam 90 dəqiqə qışqırmasına şərait yaratdı

Mübahisə etdiyi adamı qıcıqlandırmaq üçün övladının tam 90 dəqiqə qışqırmasına şərait yaratdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir nəfər sosial şəbəkədə oğlunun köməyi ilə uşağın dalbadal oturacağına toxunmasından şikayət edən başqa bir təyyarə sərnişinini qıcıqlandırdığı barədə paylaşım edib. Paylaşım tezliklə viral olub, populyarlıq və minlərlə bəyəni qazanıb.

Sfera.az bildirir ki, bir evli cütlük bir yaş yarımlıq oğlu ilə altı saatlıq uçuşla səyahət edib. Atasının qucağında oturan körpə dəfələrlə digər sərnişinin oturacağına ayaqları ilə “vurub”. Bu, həmin sərnişinin valideynləri ilə münaqişəyə girməsinə səbəb olub.

"Oğlumuz qucağımda idi. Çox çətin günlər keçirdi. Yatmaq istəmirdi, sakit oturmaq istəmirdi. Bildiyimiz bütün hiylələrlə onu sakitləşdirdik. Qarşımızdakı oturacaqdakı oğlan davamlı olaraq mənə baxırdı".

Beş saatlıq uçuşdan sonra sərnişin kişiyə üz tutub, ondan uşağına “nəzarət etməyi” xahiş edib.

"Mən cavab verdim ki, biz əlimizdən gələni edirik. O təkrarladı ki, "övladınıza nəzarət etməlisiniz". Mən yenə ona dedim ki, əlimizdən gələni edirik və əgər onun hər hansı problemi olarsa, stüardessa çağırıb bu məsələni həll edək. O, sanki sırf mənimlə daha bir müddət mübahisə etmək üçün bundan da imtina etdi və narazılıq, şikayətə davam etdi”.

Münaqişədən əsəbiləşən ata oğlunun oturacağa vura bilməməsi üçün əl-ayaqlarını daha bərk sıxıb, ancaq “bunun cavabını verməli olub”.

“Üzüyola, problemsiz həyat yoldaşım şoka düşdü, mən də qəzəbləndim.Ona görə də bu bəyə asan təslim olmamaq üçün uşağımızı üzü bu cənabın oturacağına tərəf diz üstə tutdum və oğlum uçuşun qalan 90 dəqiqə ərzində qışqırdı”-deyə adam yazıb.

Forum istifadəçiləri yenə şərhlərdə iki cəbhəyə bölünüb. Bəziləri atadan qışqıran övladından şikayət edən başqa bir təyyarə sərnişininə qarşı "istifadə etdiyinə" görə qınayıblar. Bəziləri kişinin valideynlərindən uşağı sakitləşdirməyi xahiş etməyə tam haqqı olduğunu, bəziləri isə atanı başa düşməyin vacib olduğunu bildirib.

Aynil

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR