Logo

Qayığı suiti ilə səhv salan köpək balığı balıqçıya hücum etdi - VİDEO

Qayığı suiti ilə səhv salan köpək balığı balıqçıya hücum etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Havay adasının Oahu adasının sahillərində böyük pələng köpəkbalığı sudan tullanaraq balıqçı Skott Haraquçinin qayığına hücum edib. Kamera hadisəni bütün təfərrüatı ilə lentə alıb.

Sfera.az bildirir ki, video “Hawaii Nearshore Fishing” YouTube kanalında yerləşdirilib.

Hücum o qədər sürətli olub ki, balıqçı ona qayıq çırpıldığını zənn edib. Dəniz yırtıcısı ona doğru xarakterik fit səsi ilə yaxınlaşıb. Ancaq adam sağ qalıb və hətta balıq tutmağa davam edib.

"Mənə yaxınlaşan motorsuz qayığın səsinə bənzər bir fit eşitdim, yuxarı baxdım və böyük qəhvəyi bir şey gördüm"- deyə balıqçı bildirib.

Onun sözlərinə görə, ilk ağlına gələn tısbağa olub. Lakin sonra bunun pələng köpəkbalığı olduğunu başa düşüb.

GoPro kamerası ilə çəkilmiş videoda: "Məni pələng köpəkbalığı vurdu" sözlər eşidilir.

Balıqçı bildirib ki, ola bilsin ki, köpəkbalığı kayakını suiti ilə səhv salıb, çünki bir müddət sonra o yaralı suiti də görüb.

Haraquçi qorxulu hücumdan sonra balıq tutmağa davam etdiyini bildirib.

Qeyd edək ki, pələng köpəkbalığı insanlara nisbətən tez-tez hücum edir, ağ köpəkbalıqlarından sonra ikinci ən təhlükəli yırtıcılar hesab olunurlar.

Sözügedən videonu təqdim edirik:

Köpəkbalığı hücumlarının əksəriyyəti keçən il ABŞ və Avstraliyada qeydə alınıb. Florida köpəkbalığı hücumlarının paytaxtı hesab olunur, keçən il bu dəniz yırtıcılarının 16 səbəbsiz hücumu olub.

Dünyada isə ümumilikdə 2022-ci ildə 57 köpəkbalığı hücumu olub. Bu halların çoxu amputasiya ilə başa çatıb, beşi isə ölümlə nəticələnib.

Keçən avqust ayında Florida ştatındakı bir muzey dünyadakı köpəkbalığı hücumlarını izləməyə imkan verən interaktiv xəritə tərtib edib.

Xəritəyə əsasən ən qaynar nöqtə 1580-ci ildən bəri 1563 hücumun qeydə alındığı ABŞ-dır. Ondan sonra Avstraliya (682 hücum), Cənubi Afrika (258 hücum), Braziliya (110) gəlir.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR