Logo

Beynəlxalq qalmaqal: Çinin gizli polisi Almaniyada işləyir?

Beynəlxalq qalmaqal: Çinin gizli polisi Almaniyada işləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyada Pekinə işləyən və çinli mühacirlərə nəzarət edən qeyri-qanuni polis məntəqələri fəaliyyətə davam edir.

Sfera.az bildirir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sassenin bildirdiyinə görə, rəsmi Berlin keçən ilin noyabrından Pekin hökuməti ilə bütün əməliyyatları dayandırmaq üçün danışıqlar aparır. Onun sözlərinə görə, hələ fevral ayında Çin Almaniyada qeyri-qanuni polis məntəqələrinin fəaliyyətini davam etdirməsi ilə bağlı bütün ittihamları rədd edib. Eyni zamanda, onlar xüsusi xidmət məntəqələrini idarə etdiklərini etiraf edərək, bağlayacaqlarını vəd ediblər.

Xarici İşlər Nazirliyinin sözçüsü Maksimilian Kall da qeyd edib ki, buna baxmayaraq, Çin hələ də Almaniyada ən azı iki mobil polis məntəqəsinə malikdir və onların fəaliyyətinə yerli hakimiyyət orqanları nəzarət edir.

"Təhlükəsizlik orqanları Almaniyadakı xarici dövlətlərin digər fəaliyyətləri kimi, bu fəaliyyəti də yaxından izləyir. Bu, xüsusən də xaricdəki polis məntəqələrinə aiddir. Adətən bunlar stasionar deyil, mobil ofislərdir"- deyə məlumatda bildirilir.

Andrea Sasse daha sonra bəyan edib ki, Almaniya bu məsələdə ABŞ və bəzi Avropa ölkələri ilə əməkdaşlıq edir, eləcə də Çin orqanlarının başqa ölkənin ərazisindəki fəaliyyətinə konkret olaraq baxılmalıdır.

Çinin Almaniyadakı səfirliyi isə qalmaqala bu açıqlama ilə cavab verib:

"Çin hökuməti hər zaman beynəlxalq hüquqa hörmət edib və bütün ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə yanaşıb. Çinin Almaniyadakı səfirliyi bu faktları və bizim mövqeyimizi Almaniyanın müvafiq orqanlarına dəfələrlə təkrar edib. Biz yalnız Almaniya tərəfinin buna obyektiv yanaşmasını gözləyə bilərik”.

Aynil
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR