Logo

Avropadan Ukraynaya növbəti hərbi yardım – Bu ölkələr vəd verdi

Avropadan Ukraynaya növbəti hərbi yardım – Bu ölkələr vəd verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa ölkələrindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə silah təklifləri artıb.

Sfera.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünənki açıqlamasında tezliklə Ukrayna ordusuna yüzlərlə zenit raketi və pilotsuz təyyarələrin çatdırılacağı vədini verib.

Qeyd edək ki, Zelenski bazar günü Emmanuel Makronla görüşüb. Fransa bir sıra Ukrayna batalyonlarına təlim keçəcəyini və onlarla "AMX-10RC" zirehli texnikası və yüngül tank vəd edib.

Qərb mediasının məlumata görə, Almaniya kansleri Olaf Şolz Berlində verdiyi açıqlamada çoxlu sayda tank, zirehli maşın və hava hücumundan müdafiə sistemini ehtiva edən 2,7 milyard avro dəyərində yeni hərbi yardım planının olduğunu təsdiqləyib.

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sözügedən dəstək Rusiyanın Ukraynadakı xüsusi əməliyyatlarının gedişinə təsir etməyəcək.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR