Logo

İrəvan Rusiyadan pulunu ödədiyi silahları niyə ala bilmir? - Erməni nazir AÇIQLADI

İrəvan Rusiyadan pulunu ödədiyi silahları niyə ala bilmir? - Erməni nazir AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silahları ala bilmir.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, jurnalistlər Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryana Ermənistan parlamentində silahların niyə gəlmədiyi, pulun qaytarılıb-qaytarılmayacağı ilə bağlı sual veriblər.

“Bəli, Ermənistana həqiqətən də silahlar gəlməyib, işlər gedir, biz o işləri davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur. Bağışlayın, ətraflı məlumat verə bilmərəm”, - nazir cavab verib.

Jurnalistlərin "Rusiyada silah problemi var və bu səbəbdənmi silah Ermənistana çatmır, yoxsa Rusiya hakimiyyətinin siyasi qərarı varmı?" sualına Səfəryan  "Deyə bilmərəm" cavabını verib.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR