Dünyanın ən yaşlı aslanlarından biri öldürüldü - Lunquiito faciəsinin səbəbi məlum oldu
Keniyada yerli sakinlər Lunquiito (Lunkiito) adlı dünyanın ən yaşlı şirlərindən birini öldürüblər.
Sfera.az “Sky News” telekanalına istinadən hadisənin səbəblərini və təfərrüatlarını təqdim edir.
19 yaşlı Lunkiito təbiətdəki şirlərə nisbətdə ortalama beş il çox yaşayıb. O, 2004-cü ildə anadan olub və Keniyada dörd milli parkın daxil olduğu və yüzlərlə vəhşi heyvan növünün qorunduğu “Amboseli-Tsavo” ekosistemi ərazisində yaşayıb. Mayın 11-də isə Lion Guardians mühafizə təşkilatı İnstaqramda yırtıcı heyvanın öldüyünü elan edib.
KİV-in məlumatına görə, Lunkiito Olkelunyet kəndində mal-qaraya hücum edərkən öldürülüb. “Lion Guardians”ın verdiyi açıqlamaya görə, ərazidəki quraqlıq yırtıcıların vəhşi təbiətdə ov tapması və yemlənməsini çətinləşdirib, buna görə də ac aslan gecə vaxtı padokalara (ferma) atılaraq yerli camaatın heyvanını öldürməyə çalışıb. Heyvan sahibləri bu vəziyyətə dözməyib vəhşi heyvana hücum ediblər.
“Lion Guardians” nümayəndələri on il əvvəl Amboseli-Tsavo ekosistemində yaşı 10-dan yuxarı olan şirlərin olmadığını, lakin Keniya icmalarının səyləri sayəsində gözlənilən ömür uzunluğunun əhəmiyyətli dərəcədə artdığını bildirib. Təşkilat Lunkiitonu "müqavimət və birgəyaşayış" simvolu kimi daim xatırlayacağını bildirib.
Mart ayında Afrikanın ən məşhur Bob Junior (Sniggwe) adlı aslanın ölümü haqqında da yazmışdılar. Müğənni Bob Marlinin adını daşıyan heyvan, kiçik qardaşı Tryggve ilə birlikdə fotoqraflar arasında çox məşhur yerli ulduz olub. Sniggwe qeyri-adi fotogenik idi və bu ona görünməmiş populyarlıq qazandırmışdı. Qeyd edək ki, bu qoca şirlər gənc rəqibləri tərəfindən öldürülüb.
Foto: Bob&Tryggve
Xanım
Sfera.az










