“Vaqner”ə daha bir ZƏRBƏ: Fevraldan bu yana...

“Vaqner”ə daha bir ZƏRBƏ: Fevraldan bu yana...

Rusiya Müdafiə Nazirliyi məhbusları Ukraynada döyüşmək üçün cəlb etmək təşəbbüsünü gücləndirib.

 

Sfera.az bildirir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.

 

Qeyd olunub ki, proses 2023-cü ildən bu yana sürətləndirilib: “2022-ci ilin yayından etibarən məhbuslar “Vaqner”in Ukraynadakı əməliyyatları üçün mühüm əsgərlər toplusu idi. Bununla belə, “Vaqner”in Rusiya cəza sisteminə çıxışı çox güman ki, 2023-cü ilin fevralında kəsilib. Çünki Müdafiə Nazirliyi ilə qrup arasında gərginlik açıq şəkildə artıb”.

 

Hesabatda bildirilib ki, nazirliyin məhbusları işə cəlb etmək kampaniyası Rusiya hərbçilərinin sayını artırmaq üçün daha geniş və intensiv səylərin bir hissəsidir. Lakin digər tərəfdən qurumun rus xalqının qəzəbindən, yeni məcburi səfərbərlik təcrübəsindən yayınmağa çalışdığı vurğulanıb.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...