Logo

Cahit Bağçı İlham Əliyevə təşəkkür etdi

Cahit Bağçı İlham Əliyevə təşəkkür etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezident İlham Əliyevə təşəkkür edib.

Sfera.az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

“Azad Qarabağın hər bir nöqtəsi və küçəsinin yenidənqurma işləri ilə şəxsən məşğul olan Azərbaycan Prezidenti cənab Əliyev Qafqazın tacı, Qarabağın incisi və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada yenilənən Atatürk küçəsini açdı. Təşəkkürlərimizlə”, - o bildirib.

Qeyd edək ki, bu gün Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR