Logo

Mayın 9-da Rusiya bayraqlarının nümayişi qadağan edildi

Mayın 9-da Rusiya bayraqlarının nümayişi qadağan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Berlinin Ali İnzibati Məhkəməsi şəhərin mövqeyinə qarşı şikayəti təmin edib və mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının ictimai nümayişini qadağan edib.

Sfera.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, mayın 8-də və 9-da Berlində anım tədbirlərində Rusiya bayraqlarının dalğalanması qadağan olunub.

Məhkəmə həmçinin SSRİ bayrağının, Georgi lentlərinin nümayişinə və taxılmasına qadağa qoyub.

Belə ki, Ali İnzibati Məhkəmə cümə günü Rusiya bayraqlarına qoyulan qadağaya qarşı təcili müraciəti təmin edən inzibati məhkəmənin qərarını ləğv edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın teleqram kanallarının Almaniya Bundestaqının binası üzərində Sovet bayrağının yerləşdirilməsini təsdiqləyən foto və video məzmun yaydığı bildirilirdi.

Bundan əlavə, mayın 6-da Berlin inzibati məhkəməsi Ukrayna bayraqlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR