Braziliyanın 16 yaşlı gözəllik kraliçası yaşlı milyonçu ilə evləndi - FOTOLAR

Braziliyanın 16 yaşlı gözəllik kraliçası yaşlı milyonçu ilə evləndi - FOTOLAR

Braziliyada lisey şagirdi, 16 yaşlı gözəllik kraliçası və 65 yaşlı multimilyoner bələdiyyə başçısı Hisam Hüseyn Dehaini bu yaxınlarda toy ediblər.
 

Sfera.az bildirir ki, Braziliyada 16 yaşında nikah valideynlərin icazəsi ilə qanunidir. Braziliya uşaq nikahlarının sayına görə dünyada beşinci yerdədir.

Yeni “birinci xanım”, keçmiş "Miss Teen" yarışmasının iştirakçısı Cavane Rode Camargo Araukariya bu ayın əvvəlində sosial şəbəkədə öz fotolarını paylaşıb. “Miss Teen” bəzi insanların evliliyini pisləməsinə baxmayaraq, daha xoşbəxt ola biləcəyini deyir.


Toydan sonra qızın ən yaxın iki qohumuna meriyada vəzifələr vəd edilib.


"Düzünü desəm, vacib olan odur ki, biz heç nəyə əhəmiyyət vermirik”- qız fotolara imza atıb.
 

Bu sözləri gənc qadın toyu beynəlxalq manşetlərin əsas mövzusuna çevrildikdən sonra deyib.




Qeyd edək ki, Hisam Dehaini siyasi partiyasını tərk etsə də, mer kimi fəaliyyətini davam etdirir. Buna səbəb aprelin 12-də baş tutan toydan sonra onun ünvanına gələn tənqidlər olub. Sonradan məlum olub ki, Cavanenin iki ən yaxın qohumuna mer administrasiyasında vəzifələr vəd edilib.
 

Yerli mediaya görə, aprelin 13-də Cavanenin anası, 36 yaşlı Marilena Rhoda bələdiyyəsinin mədəniyyət və turizm üzrə yeni katibi olub. Bundan başqa, gəlinin adı Elisangela Rode olan xalası aprelin 1-dən meriyanın baş katibi təyin edilib.

Qeyd edək ki, hələ orta məktəbdə oxuyan yeni Araukariyanın birinci xanımı bir neçə yeniyetmə gözəllik müsabiqəsində iştirak edib. O, “2022 Miss Teenage Araucaria” müsabiqəsində ikinci yeri tutub.
 

Artıq üçüncü dəfə evlənən Dehaini isə 68,49% səslə ikinci bələdiyyə sədridir.
 

"Biz xoşbəxtik. O, mənə yaxşılıq edir, mən də ona yaxşılıq edirəm və biz birlikdə heç kimə pislik etmirik"- deyə siyasətçi əlavə edib.


Toy 2023-cü il aprelin 12-də baş tutub.


Kiv qeyd edir ki, bəzi mənbələrə görə, Dehainin sərvəti narkotik saxlamaq ittihamı ilə həbs olunarkən 14 milyon Braziliya realı (2,8 milyon dollardan bir qədər çox) təşkil edib. Onum narkotik emalı laboratoriyası işlətdiyi və polislə sövdələşmələr edərək narkotik satıcılarını qoruduğu iddia edilir. Daha sonra istintaq dayandırılıb və Dehaini aparıcı iş adamı və siyasətçi olub.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR