Zelenskinin bu qərarı Kremldə şok effekti yaratdı: “O, öz əcdadlarına...”

Zelenskinin bu qərarı Kremldə şok effekti yaratdı: “O, öz əcdadlarına...”

Rusiyadan Zelenskinin 9 may tarixi ilə bağlı qərarına reaksiya gəlib.

 

Sfera.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə “Telegram” kanalında paylaşım edib. O, Zelenskinin  Qələbə Gününü ləğv edərək əcdadlarına xəyanət etdiyini vurğulayıb.  Diplomatın sözlərinə görə, Ukrayna lideri “faşistlərin şərikidir”.

 

Zaxarova əlavə edib ki, Ukrayna prezidenti Qırmızı Orduda döyüşən əsgərləri, konslagerlərdə əziyyət çəkən və işgəncələrə məruz qalan insanları, eləcə də arxa cəbhədə qələbəni yaxınlaşdıranları unudub.

 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində 9 Mayın “Avropa Günü” kimi qeyd olunması ilə bağlı fərman imzalayıb. Bundan əlavə, o, 8 may tarixini İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü elan etməyi təklif edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR