Texasda bu dəfə 7 nəfər öldürüldü
Kateqoriya məlum deyil
ABŞ-ın Texas ştatında sürücü avtomobilini insanların üzərinə sürüb.
Sfera.az xəbər verir ki, bu barədə "ABC news" telekanalı məlumat yayıb.
Bildirilir ki, Braunsvill şəhərində baş verən hadisə zamanı 7 nəfər ölüb.
Məlumata görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücünün saxlanıldığı bildirilir.
Xatırladaq ki, dünən Texasda baş verən silahlı insident zamanı 8 nəfər ölmüşdü.






