Logo

“McDonald's”da ölü siçan və siçan qalıqları aşkar edildi - FOTO

“McDonald's”da ölü siçan və siçan qalıqları aşkar edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərədə sanitar müfəttişləri McDonald’s restoranlar şəbəkəsində ölü siçan və siçan qalıqlarını aşkar ediblər.

Sfera.az “dailmail.co.uk” a istinadən xəbər verir ki, bundan sonra restoran yarım milyon funt sterlinq cərimələnib. Belə ki, bir müştəri onun çizburger paketinin içərisinə siçanın düşdüyünü görüb. Bundan sonra “Waltham Forest Council”nin gigiyena mütəxəssisləri restoranda araşdırma başladıb. Onlar yemək hazırlanan sahələrdə, əsas bişirmə və isti yemək saxlama yerlərində siçan qalıqları aşkarlayıblar.

Bu səbəbdən də Londonun şərqində yerləşən Leytonstonedakı “Fast-food” filialı elə həmin gün qapılarını bağlamaq məcburiyyətində qalıb.

Eləcə də, Londonun şərqində Leytonstonda yerləşən McDonald’s restoranı da yoxlama zamanı aktiv siçan infeksiyası aşkar edildikdən sonra bağlanıb. McDonald’s günahını etiraf edib. Temza Sülh Məhkəməsində hakimlər tərəfindən şirkətin 475,000 funt sterlinq cərimə və 22,000 funt sterlinq təzminat ödəməsinə qərar verilib.

“McDonald's”da ölü siçan və siçan qalıqları aşkar edildi - FOTO

Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR