Evakuasiya hazırlanır - Rusiyada meşə yanğını nəticəsində barıt olan anbarlar yandı

Evakuasiya hazırlanır - Rusiyada meşə yanğını nəticəsində barıt olan anbarlar yandı

Rusiyanın Sverdlovsk vilayətində meşə yanğını nəticəsində barıt olan anbarlar yanıb. Partlayıcı maddə olan qonşu 18 obyekt də təhlükə altındadır.
 

Sfera.az xəbər verir ki, Sverdlovsk vilayətində meşə yanğını başlayıb. Yanğın, barıtla dolu anbara yayılıb, buna görə də partlayışlar olub. Yerli xilasedicilər Pervomayskoye kəndini boşaltmağı planlaşdırır. Kənddə 400-ə yaxın insan yaşayır.

 

Mayın 6-dan etibarən Sverdlovsk vilayətində bir neçə meşə parkına və meşələrə getməyə qadağa qoyulub, çünki bölgədə yanğın təhlükəsi yüksəkdir.
Həmçinin hər hansı tikinti fəaliyyəti, atəşfəşanlıq və şoular təşkil etmək qadağan edilib.


“Readovka” nəşrinin məlumatına görə, silah istehsalçısı olan “Gefest-M” şirkətinin anbarlarında partlayış səsləri eşidilir. Bir anbarda 20 tona yaxın barıt saxlanılır. Eyni zamanda, meşə yanğınının nəzarət altına alınmadığını qeyd edirlər.
 

Xatırladaq ki, mayın 5-də Krasnodar diyarında neft emalı zavodunda pilotsuz təyyarənin hücumu nəticəsində yenidən yanğın baş verib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR