III Çarlzın tacqoyma mərasimi Londona milyardlar qazandıracaq

III Çarlzın tacqoyma mərasimi Londona milyardlar qazandıracaq

Anası Kraliça II Elizabetin ölümündən sonra 73 yaşında taxta çıxan Kral III Çarlz bu gün keçirilən möhtəşəm mərasimlə tac qoyur.


Sfera.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən çoxlu qonaqların dəvət olunduğu mərasim London şəhərinin iqtisadiyyatına böyük məbləğdə gəlir gətirəcək. 


Tacqoyma ilə əlaqədar dəvətli qonaqlarla bərabər milyonlarla Böyük Britaniya vətəndaşı və xarici turist Londonda mərasim ərazisinə gəlib.


Bu hərəkətlilikdən tacirlər, restoranlar və suvenir dükanları yaxşı gəlir əldə edəcək. Hesablamalara görə, tacqoyma mərasiminin London iqtisadiyyatına töhfəsi 1 milyard funt sterlinq, yəni 2,14 milyard manat təşkil edib. Qida, içki və bayraq satışının dəfələrlə artdığı şəhərdə mehmanxanalar da dolub. 

 


Vasif


OXŞAR XƏBƏRLƏR