Logo

Paşinyanın "gələn həftə Moskvaya gedəcəm" açıqlamasına Peskovdan REAKSİYA

Paşinyanın "gələn həftə Moskvaya gedəcəm" açıqlamasına Peskovdan REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mümkün görüşün tarixini açıqlamasa da, “müəyyən planların olduğunu” bildirib.

“Zamanı qabaqlamağa çalışmataq, müəyyən proqramlar müzakirə olunur. Müzakirələr bitdikdən sonra müvafiq açıqlama verəcəyik. Hələlik biz bu barədə danışmağı tez hesab edirik”, - Kremlin sözçüsü jurnalistlərə Putin və Paşinyan arasında gələn həftə Moskvada danışıqların mümkünlüyü barədə danışarkən deyib.

Xatırladaq ki, bundan əvvəl Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxış edən Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini bildirmişdi.

"Gələn həftə Moskvaya gedəcəm" , - Paşinyan qeyd edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR