“Audi”nin keçmiş rəhbəri fırıldaqçılıq etdiyini etiraf etmək niyyətindədir

“Audi”nin keçmiş rəhbəri fırıldaqçılıq etdiyini etiraf etmək niyyətindədir

“Audi”nin keçmiş rəhbəri Rupert Stadler cəzasını yüngülləşdirmək üçün Dizelqeytdə iştirakını etiraf etməyə hazırdır.


Sfera.az bildirir ki, Rupert Stadler 11 milyondan çox dizel avtomobilin emissiyalarının kütləvi fırıldaqçılıq sxemindəki rolu haqqında danışmağa hazırdır. Bu, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirə bilər.


2015-ci ilin sentyabrında məlum olub ki, alman avtomobil istehsalçılarının 11 milyondan çox dizel avtomobili sınaqlar zamanı emissiyaları ciddi şəkildə aşağı qiymətləndirən cihazla təchiz edilib. Bu iş “Dieselgate” adlanırdı və avtomobil sənayesi tarixində ən böyük qalmaqallardan birinə çevrilib.


Qeyd edək ki, “Audi” şirkətinin keçmiş rəhbəri Rupert Stadler 2018-ci ilin iyununda həbs edilib. 2020-ci ildən etibarən o, saxta sxemdəki roluna görə rəsmi olaraq mühakimə olunur.


Məhkəmə bildirib ki, Stadler qalmaqallı qurğunun yaradılmasına birbaşa göstəriş verməsə də, onunla təchiz edilmiş avtomobillərin istehsalını dayandırmayıb.
Etiraf sayəsində Stadler iki il həbsdən yayına bilsə də, 1,2 milyon dollar cərimə ödəməli olacaq.



“Audi”nin keçmiş rəhbərinin birbaşa, yoxsa vəkilləri vasitəsilə açıqlama verəcəyi hələlik məlum deyil. Təqsirləndirilən şəxs işin yeni təfərrüatlarını açıqlaya bilsə, hakim sövdələşməyə hazırdır.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR