“Moment” yapışdırıcısının istehsalçısı Rusiyanı TƏRK ETDİ
Kateqoriya məlum deyil
Almaniyanın “Henkel” şirkəti Rusiyada olan aktivlərini satıb.
Sfera.az RBC-ya istinadən xəbər verir ki, aktivlər 54 milyard rubla (700-750 milyon dollar) satılıb.
“Henkel” Rusiyada Azərbaycanda da məşhur olan “Laska”, “Persil”, “Losk”, “Pemos”, “Pemolux”, “Vernel” və s. markalar altında təmizlik və yuyucu vasitələr, həmçinin “Moment”, “Metilan” və s. yapışdırıcılar istehsal edirdi.
Rusiyada “Henkel”in 11 zavodu var idi. 2021-ci ildə “Henkel Rus”un gəliri 95,14 milyard rubl, xalis mənfəəti isə 7,48 milyard rubl təşkil edib.
Vasif






