Hulusi Akar: “Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”
Kateqoriya məlum deyil
“Son on gündə 40-a yaxın terrorçu zərərsizləşdirilib”.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə ordusu terrorla mübarizəni qətiyyətlə davam etdirir:
“İraqın şimalında terrorçuların sığınacaqları dağıdılır. Dünən İraqın şimalında terror qruplaşmalarının 2 “rəhbər şəxsi” təslim olub. Suriya ilə sərhəddə isə 3 terrorçu məhv edilib”.
H.Akar bildirib ki, Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhədlərinə, ərazi bütövlüyünə hörmət edir:
“Bunu bütün həmsöhbətlərimizə deyirik. Biz Suriyanın şimalında terror dəhlizinin qurulmasının qarşısını alırıq. 2015-ci il iyulun 24-dən bəri 37 793 terrorçu məhv edilib”.






