Türkiyə Ermənistan üçün hava məkanını buna görə BAĞLAYIB
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın hava məkanının Ermənistana bağlanmasından danışıb.
Sfera.az bildirir ki, o, çıxışı zamanı bunları deyib:
“Bizi soyqırımda ittiham edən aktın cavabsız qalmasını gözləmək olmazdı. Təbii ki, bu, hava məkanının bağlanması ilə nəticələnməli idi".
Prezidentin sözçüsü həmçinin, mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşünün kritik əhəmiyyət daşıdığını da vurğulayıb:
“Bu görüş taxıl dəhlizinin gələcəyi üçün vacibdir. İclas müsbət nəticə verməsə, mayın 18-də taxıl daşınması dayandırıla, dünya ərzaq daşımalarında ciddi problemlər yarana bilər".
Xatırladaq ki, Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun sözlərinə görə, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub:
“Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan belə davam edərsə, yeni addımlar atacağıq”.
Türkan