“Zelenski Zaporojye AES-ə terror hücumu təşkil edəcək” – ŞOK İDDİA

“Zelenski Zaporojye AES-ə terror hücumu təşkil edəcək” – ŞOK İDDİA

“Zelenski ölkə ərazisində texnogen fəlakətin yaradılmasına hazırlaşır”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva deyib. O, bu barədə “Telegram” kanalında paylaşım edib. Kiva qeyd edib ki, Kiyevin müvafiq planları ABŞ tərəfindən razılaşdırılıb.

 

“Ukrayna Prezidentinin Ofisindən bir mənbə deyib ki, Vaşinqton tərəfindən təsdiqlənən Zelenskinin yeni planı Zaporojye AES-ə terror hücumu və nəyin bahasına olursa-olsun texnogen fəlakət yaratmaqdır. Kiyev aydın şəkildə başa düşür ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı istənilən, ən əsası isə Qərb kuratorlarının elan etdiyi nəticəni verməyəcək”, - deyə Kiva yazıb.

 

Keçmiş ukraynalı deputat bildirib ki, bütün Avropa üçün təhlükə yaratmaq və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün Kiyevə “Zaporojye AES-də terror hücumu” lazımdır. O, həmçinin əlavə edib ki, Zelenski bu vəziyyətdən “qurban obrazında” çıxmalıdır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...