Logo

Türkiyə millisinin üzvü faciəli şəkildə ÖLDÜ

Türkiyə millisinin üzvü faciəli şəkildə ÖLDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin yamac paraşütü komandasının üzvü Orkut Baysal Muğla vilayətinin Fethiye şəhəri yaxınlığında qəzaya düşərək həyatını itirib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  39 yaşlı Baysal Babadağ dağında 1700 metrlik nöqtədən başlayaraq şagirdi ilə uçub. Eyni zamanda britaniyalı Tomas Aitken 1200 metr məsafədən start götürüb.

Yerdən 20 metr aralıda Baysal və Aitkenin paraşütləri otel binasına dəyib və onlar hovuzun kənarına düşüblər.

Hadisə yerinə təcili tibb yardım göndərilib. Baysal yerindəcə keçinib, tələbəsi və Aitken xəstəxanaya aparılıb.

Onların həyati təhlükəsinin olmadığı bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR