Logo

Yeni evinin divarları arasında külli miqdarda pul tapdı - Hamısını xərcləyə bilməyəcək

Yeni evinin divarları arasında külli miqdarda pul tapdı - Hamısını xərcləyə bilməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyada inşaatçı Tono Pinheiro yeni evinin divarları arasında Nesquik qutularında gizlədilmiş 47 min funt sterlinqdən çox pul tapıb.

Sfera.az bildirir ki, Tono təqaüdə çıxarkən yaşamaq istədiyi yeni evinin müxtəlif yerlərində 6 qutu içərisində nağd pul tapıb. Tapılan pullar 2002-ci ildə vahid valyuta kimi qəbul edilən avrodan əvvəl ölkədə dövriyyədən çıxarılmış İspaniya pesetası olub. Tono Pinheiro pul dəyişdirmək istəyəndə bəzi əskinaslar çox köhnə olduğundan, onlar valyutadəyişmə məntəqələrində qəbul edilməyib.

Adama bildiriblər ki, İspaniya Bankı köhnə əskinasları qəbul etməyi dayandırdığı üçün son tarixi qaçırıb, ona görə də onlar dəyərsizdir. Amma inşaatçı yenə də 30 min funt-sterlinq pulu yeni valyutaya dəyişdirərək əldə edə bilib. Bunun sayəsində kişi dam örtüyünün dəyişdirilməsi xərclərini də ödəyə bilib. "İnanıram ki, nəm olmasın deyə pulu bu bankalarda saxlayıblar. Sonuncular bir az xarab olub, qalanları isə sanki ütülənib, inanılmaz idi"- deyə inşaatçı bildirib. İspan inşaatçı evi tapmazdan əvvəl, bina 40 il tərk edilmiş olub və o, Facebook reklamını gördükdən sonra bu evi alıb.

O əlavə edib ki, köhnəlmiş əskinasların bir hissəsini xatirə kimi saxlamağı planlaşdırır.

Yeni evinin divarları arasında külli miqdarda pul tapdı - Hamısını xərcləyə bilməyəcək

Yeni evinin divarları arasında külli miqdarda pul tapdı - Hamısını xərcləyə bilməyəcək

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR