Zelenskidən Krımla bağlı KRİTİK AÇIQLAMA: “Hücum zamanı..”

Zelenskidən Krımla bağlı KRİTİK AÇIQLAMA: “Hücum zamanı..”

“Ukrayna əks-hücum əməliyyatı zamanı Krımı ələ keçirməyə cəhd edəcək”.

 

Sfera.az bildirir ki, bu məlumatı Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib.  Belə ki, o, bu barədə “Yle” nəşrinə danışıb. Zelenski açıqlamasında Ukraynanın əks-hücum planlaşdırdığını təsdiqləyərək, hücumun Rusiya qüvvələrini dəf edəcəyinə və Krım yarımadasını Ukraynanın nəzarətinə qaytara biləcəyinə inandığını qeyd edib.

 

Ukrayna lideri əlavə edib ki, əməliyyatın uğuru Qərbdən gələn təchizatdan asılıdır. O, həmçinin bildirib ki, ölkədəki silahların sayından asılı olmayaraq, münaqişə onilliklərlə davam edə bilər.

 

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Krımın təhlükəsizliyinin tam təmin olunduğunu deyib. Pentaqon isə Ukraynanın yarımadanı ələ keçirmək planlarına şübhə ilə yanaşıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...