Təyyarədə 28 həftəlik körpə dünyaya gəldi - FOTO

Təyyarədə 28 həftəlik körpə dünyaya gəldi - FOTO

Özbəkistan Hava Yollarının Daşkənd-İstanbul reysi ilə Qırğızıstandan Türkiyəyə uçan sərnişin doğuş edib.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə Türkiyə Hava Sahəsinə daxil olarkən Qırğızıstan əsilli 27 yaşlı Abdumanapova Sitoranın doğuş sancıları artıb.

 

Daha sonra təyyarənin kapitanı göyərtədə həkim olub-olmaması ilə bağlı anons verib. Kabin heyətinin köməyi ilə qadın təyyarədə doğuş üçün uyğun yerə aparılıb.

 

Həyata keçirilən doğuşda oğlan uşağı dünyaya gəlib.

 

Ardınca təyyarənin kapitan pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq təyyarədə doğuşun edildiyini və həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib.

 

Özbəkistan Hava Yollarının təyyarəsi saat 20:15-də İstanbul hava limanına enib. 28 həftəlik körpə və anası təcili yardımla xəstəxanaya aparılarıb, vəziyyətləri yaxşıdır.


OXŞAR XƏBƏRLƏR

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...