“Zelenskiyə 6 ay vaxt verilib, bacarmasa...” - İDDİA
Dünya
11:39 / 27.04.2023
1761
“Qərb ölkələri Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Zelenskiyə altı ay vaxt verib”.
Sfera.az bildirir ki, bunu hərbi elmlər üzrə professor Tim Villeysi-Uilsi deyib. O, bu iddia ilə “The Scotsman”qəzetindəki məqaləsində çıxış edib.
“Əgər Ukrayna yaxın altı ayda Rusiyanı məğlub etməsə, Qərb çox güman ki, prezident Volodimir Zelenskiyə Putinlə danışıqlar aparması üçün təzyiq göstərəcək”.
Ekspert əlavə edib ki, ABŞ prezidenti Co Bayden 2023-cü ilin sonuna qədər münaqişənin bitməsini istəyir. Onun sözlərinə görə, əks halda Amerika lideri Zelenskini danışıqlar masasına oturmağa məcbur edəcək. Bundan əlavə, Villeysi-Uilsi Ukraynanın savaşı öz xeyrinə dəyişmək şansının olmadığı vurğulayıb.
Günay Rəsulqızı