Logo

Baydendən koreyalı həmkarına SƏRT XƏBƏRDARLIQ: “Bu, onun sonu olacaq!”

Baydendən koreyalı həmkarına SƏRT XƏBƏRDARLIQ: “Bu, onun sonu olacaq!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Bayden koreyalı həmkarına sərt xəbərdarlıq edib.

Sfera.az bildirir ki, o, Ağ Evdə Cənubi Koreya prezidenti Yun Suk Yeol ilə görüşü zamanı bu barədə açıqlama verib.  Belə ki, Bayden Şimali Koreyanın ABŞ və ya onun müttəfiqlərinə qarşı nüvə hücumunun qəbuledilməz olduğunu vurğulayıb: “Hansı rejimin belə bir addım atmasından asılı olmayaraq, bu, onun sonu olacaq”.

Analitiklər sözügedən çıxışı Kim Çen İnə ünvanlanan mesaj kimi qiymətləndiriblər. Bildirilib ki, bu, ABŞ-nin hər zaman Cənubi Koreyanı müdafiə edəcəyi barədə birbaşa xəbərdarlıq idi.

Görüşdə həmçinin qeyd olunub ki, Vaşinqton Pxenyandan nüvə hücumu olacağı təqdirdə, qüvvələrin operativ şəkildə Cənubi Koreyada yerləşdirəcək. Cənubi Koreya prezidenti Yun Suk Yeol  deyib ki, ABŞ və ölkəsi şimaldan gələn təhlükənin qarşısının alınması üçün “nüvə məsləhət qrupu” yaratmaq barədə razılığa gəliblər.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR