Aİ-nin sərt qaydaları qüvvəyə minir - Sosial media platformalarını milyardlarla avro cərimə gözləyir 

Aİ-nin sərt qaydaları qüvvəyə minir - Sosial media platformalarını milyardlarla avro cərimə gözləyir 

Avropa İttifaqı (Aİ) qanunlarına əsasən, YouTube, Instagram Facebook, Twitter, Tik Tok, Google, LinkedIn, Pinterest, Snapchat və Wikipedia da daxil olmaqla, 19 sosial media platforması avqust ayından etibarən daha sərt qaydalara əməl etməli olacaq.


Bundan əlavə, Apple və Google-un tətbiq mağazaları, Google Maps, Bing, eləcə də alış-veriş saytları Amazon, Booking, AliExpres, Google Shopping və Zalando qanuna tabe olacaq.

 

Sfera.az xəbər verir ki, Aİ-nin Komissiyası tərəfindən hazırlanan və 2020-ci ildə Avropa Parlamenti tərəfindən qəbul edilən Rəqəmsal Xidmətlər Qanunu 25 avqust 2023-cü ildə qüvvəyə minəcək.

 

Bu tarixdən etibarən qeyri-qanuni və zərərli məzmuna qarşı tədbir görməyən sosial media platformaları ağır cərimələrə məruz qalacaq. Şirkətlər qanunları pozmağa davam edərsə, onların Aİ daxilində fəaliyyətinə xitam veriləcək.

 

Aİ Rəqəmsal Xidmətlər Qanunu platformaları yetkinlik yaşına çatmayanları "onların fiziki, əqli və ya əxlaqi inkişafına xələl gətirə biləcək" məzmundan qorumaq üçün tədbirlər görməyə məcbur edəcək.

 

Qanuna əsasən, din və siyasi baxış kimi həssas məlumatlara əsaslanan reklamların sosial mediada istifadəçilərə göstərilməsi dayandırılacaq.Saxta xəbərlər, manipulyasiya edilmiş videolar və fotoşəkillər kimi süni intellekt tərəfindən yaradılan məzmuna icazə verilməyəcək.


Aİ səlahiyyətliləri ictimai sağlamlığı və ya seçkiləri təhlükə altına alan məlumatlar tipli zərərli məzmunu təbliğ edib-etmədiklərini yoxlamaq üçün sosial media alqoritmlərinə çıxış əldə edəcəklər.

 

Sosial media platformaları istənilən böhran və ya təbii fəlakət zamanı alqoritmlərini tələb əsasında tez bir zamanda tənzimləməli olacaqlar.


Bu platformaların əlaqəli olduğu şirkətlərdən də ictimai sağlamlıq, uşaqların təhlükəsizliyi və ifadə azadlığı kimi məsələlər üzrə mümkün risklərin illik qiymətləndirilməsi tələb olunur. Şirkətlər bu cür neqativlərlə mübarizə üçün gördükləri tədbirləri açıqlamalı olacaqlar. Müstəqil araşdırmalar aparmağa borclu olan sosial media platformaları da öz məlumatlarını hökumətlər və tədqiqatçılarla paylaşmaq məcburiyyətində qalacaqlar. Qanuna görə, belə şirkətlərə qiymətləndirmək və mübarizə aparmaq üçün avqustun 25-nə qədər vaxt verilib.

 

Yeni qanun Aİ əhalisinin 10 faizindən çoxunu və ya 45 milyondan çox aylıq istifadəçisi olan 19 internet platformasını əhatə edir.

 

Aİ-nin Rəqəmsal Xidmətlər Qanununu pozan şirkətlər illik dövriyyəsinin 6%-i qədər cərimələnə bilər. Bəzi şirkətlər üçün bu cərimə milyardlarla avro deməkdir. 

 

Aİ Komissiyası yaxın günlərdə milyonlarla istifadəçisi olan porno saytlar da daxil olmaqla daha 4-5 internet platformasını siyahıya əlavə etməyə hazırlaşır.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Müəmmalı şəkildə yoxa çıxan tarixi əsərlər - FOTOLAR

Arxeoloji tədqiqatlar nəticəsində bir çox tarixi əsərlər üzə çıxarılır. Lakin bəziləri üzə çıxsa və lazımi qaydada qorunsa da, müxtəlif səbəblərdən yoxa çıxır. ...

Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu

Tarix indiyə qədər maraqlı müalicə üsulları görüb. Bu gün "alternativ tibb" adlanan şey, keçmiş illərdə bir çox insanın kor-koranə inandığı bir təcrüb...

Dünyanın ən böyük hava limanı 120 milyon sərnişinə xidmət göstərəcək - FOTO

2030-cu ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Kral Salman Beynəlxalq Hava Limanının açılışı planlaşdırılır. Altı nəhəng uçuş-enmə zolağına malik hava limanı 23 ...

Ermənistanın kapitulyasiya aktına imza atmasından dörd il ötür

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum - sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il ...

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər ...

Təyyarədə uçuş zamanı qapını açmağa çalışdı, stüardessanı girov götürdü - İlginc HADİSƏ

Panamada təyyarənin sərnişini uçuş zamanı qapını açmağa çalışıb və ekipaj tərəfindən zərərsizləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə "Dai...