"Paşinyanı aradan götürməyə üçüncü dəfə cəhd edəcəyik" - Ermənistan müxalifəti

"Bəli, Nikol Paşinyanı aradan götürmək üçün üsyançı hərəkat, böyük ictimai təzyiq lazımdır, amma ilk növbədə məntiqlə anlamağa çalışmaq lazımdır ki, bu gün Nikol Paşinyanı hansı üsullarla aradan götürmək olar". 


Sfera.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasında müxalifətdən olan deputat Armenuhi Kyureqyan deyib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətdən salmağın yollarından danışıb.


“Nikol Paşinyanı aradan götürməyin üç yolu var. Ya istefa verir, bu, böyük ehtimalla istisna oluna bilər, ya da şura ona etimad göstərmir ki, biz də bunu istisna edirik. Yaxud da geniş ictimai təzyiq nəticəsində onu aradan götürmək olar, amma bu da iki dəfə alınmadı. Amma bu, heç də o demək deyil ki, biz bu yoldan tamamilə imtina edəcəyik. İki dəfə alınmadı, üçüncü dəfə cəhd edəcəyik, işə yarayana qədər çalışacağıq”, - deputat əlavə edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR