“Rusiya Ərdoğanın seçilməsini istəyir, Qərb isə...” - Açıqlama

“Rusiya Ərdoğanın seçilməsini istəyir, Qərb isə...” - Açıqlama

“Türkiyədə prezident seçkiləri Qərb və Moskvada maraqla izlənilir. Rusiya hazırkı prezident Rəcəb Tayyib Ərdoğana, Qərb isə üstüörtülü şəkildə onun əsas rəqibi Kamal Kılıçdaroğluna üstünlük verir”.

 

Sfera.az bildirir ki, bu barədə “France 24” məlumat yayıb. Vaşinqtondakı Sent Lourens Universitetinin Türkiyə üzrə mütəxəssisi Hovard Eissenstat nəşrə açıqlamasında qeyd edib ki, Rusiya Ərdoğanın qələbəsinə ümid bəsləyir. Mütəxəssisin fikrincə, Türkiyə prezidentinin yenidən seçiləcəyi təqdirdə xarici siyasətində heç bir dəyişiklik  olmayacaq.

 

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Cefrey Mankoff isə Putin və Ərdoğanın bir-birindən öz məqsədləri üçün istifadə etdiklərini vurğulayıb:

 

“Rusiya 2015-ci ildən bəri Ərdoğanı tərəfdaş kimi görür. Digər tərəfdən o, bir lider olaraq indi Qərbdə zərərli hesab olunur və bunun Rusiya üçün faydası var. Bir çox Qərb rəsmiləri və liderləri isə Ərdoğanla münasibətdə məyusluq hiss edirlər. Həmçinin Ərdoğan ağıllı siyasətçidir - ona görə də bütün baş verənlərə baxmayaraq yenidən seçilə biləcəyinə dair fikirlər var”.

 

“France 24”ə danışan analitiklərin fikrincə, seçkiləri sakitcə izləyən Avropa və ABŞ müxalifəti dəstəkləyir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...