Ukrayna sülh danışıqlarının ŞƏRTİNİ AÇIQLADI

Ukrayna sülh danışıqlarının ŞƏRTİNİ AÇIQLADI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyev üçün məqbul olan sülh müqaviləsinin şərtlərini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə “CNN”ə müsahibəsində danışıb. “Biz münaqişənin dondurulmasına və ya Ukrayna ərazilərinin Rusiyaya təslim edilməsinə səbəb olmayan istənilən sülh planını müzakirə etməyə hazırıq”, - Kuleba deyib.

 

O əlavə edib ki, Braziliyanın prezidenti Luiz İnasiu Lula da Silva öz ölkəsində “bu iki prinsip əsasında” sülhə can atan ölkələrin təmaslarını təşkil edərsə, Kiyev müzakirəyə hazır olacaq.

 

Xatırladaq ki, aprelin 15-də Braziliya prezidenti ABŞ hakimiyyətinə müraciət edərək onları Ukraynadakı münaqişəni gərginləşdirməməyə  və sülh yolu ilə həllini axtarmağa çağırıb. Həmçinin aprelin 24-də Kuleba Moskva və Kiyev arasında erkən danışıqların mümkünlüyünü qəti şəkildə rədd edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...