Sudan ordusu və üsyançılar yeni atəşkəs imzalayıblar - Paytaxtda artilleriya döyüşləri gedir

Sudan ordusu və üsyançılar yeni atəşkəs imzalayıblar - Paytaxtda artilleriya döyüşləri gedir

Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin üsyançıları müvəqqəti atəşkəs imzalayıb.
 

Sfera.az bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib.

 

Tərəflər Sudan vaxtı ilə gecə yarısı başlamalı olan və üç gün davam edəcək atəşkəs barədə razılığa gəliblər. ABŞ və Səudiyyə Ərəbistanı atəşkəs üçün vasitəçilik edir.

 

Qeyd edək ki, münaqişə tərəfləri son doqquz gündə üçüncü dəfə atəşkəs elan edib. Sudanda aprelin 15-də başlayan döyüşlər 420-dən çox insanın ölümü ilə nəticələnib.
 

Birləşmiş Ştatlar danışıqlara nəzarət etmək üçün komitənin yaradılmasına kömək məqsədilə regional və beynəlxalq tərəfdaşlarla, eləcə də Sudanlı mülki şəxslərlə danışıqlara söz verib.
 

Blinken hərbi əməliyyatların dayandırılmasının necə qorunub saxlanılacağı barədə ətraflı məlumat verməyib.


Sudan hərbçiləri Reuters agentliyinə bildiriblər ki, ABŞ və Səudiyyə Ərəbistanı atəşkəsə vasitəçilik edib.
 

Omdurman şəhərində axşam saatlarında atəşkəsin elan edilməsi ərəfəsində quru döyüşləri hava zərbələri ilə davam edib.
 

“Əl Ərəbiyyə” müxbirləri aprelin 25-də səhər saatlarında Xartumda mərmi səslərini və ağır silahların səsini eşidiblər. Çevik Dəstək Qüvvələri artıq Sudan ordusunu atəşkəsin şərtlərinə əməl etməməkdə ittiham edib.


"Ordu təyyarələri hələ də Xartumun üç şəhərində uçuşlar edir. Biz atəşkəsin şərtlərinə əsasən, mülki şəxslər və əcnəbilər üçün humanitar dəhlizlər açmağı öhdəmizə götürmüşük. Atəşkəsin pozulması ordu komandanlığında birdən çox qərar qəbuletmə mərkəzinin mövcudluğunu təsdiqləyir”-deyə üsyançılar bildirib.


Sudanda vəziyyət: insanların yemək və su ehtiyatı tükənir, internet işləmir.


Hərbi Hava Qüvvələrinin məlumatına görə, Xartum sakinləri davam edən döyüşlər səbəbindən evdə oturublar, çoxlarının ərzaq və su ehtiyatı tükənib. Bəzi yerlərdə su boruları zədələnib və bir çox sudanlı Nil çayından su çəkir.
 

"Atəşkəsə riayət olunarsa, mülki əhalinin şəhəri tərk etməsinə imkan verəcək. Xarici dövlətlər ümid edirlər ki, onlar öz vətəndaşlarını Sudandan çıxara biləcəklər"- deyə jurnalistlər bildirib.
 

BMT nümayəndəsinin müavini Fərhan Haqın sözlərinə görə, ölkədə kəskin ərzaq, təmiz su, dərman və yanacaq çatışmazlığı var. Eyni zamanda, qiymətlər kəskin artıb.
 

Haq humanitar yardımların talan edilməsinə münasibət bildirib. O əlavə edib ki, Xartumda, eləcə də Şimali və Mavi Nil, Şimali Kordofan və Darfur əyalətlərində gedən intensiv döyüşlər yardım əməliyyatlarına mane olub.
 

Sudanda internet demək olar ki, yoxdur, istifadə səviyyəsi 2%-i keçmir, Xartumda isə aprelin 23-ü axşam saatlarından internet tamamilə yox olub.


“Əl-Ərəbiyyə” telekanalı bir qrup həkimin məlumatlarına istinadən Sudandakı böyük xəstəxanaların əksəriyyətinin fəaliyyətini dayandırdığını bildirib.
 

"Əsəblərimiz gərilib. Bu, insanın keçə biləcəyi ən çətin şeydir"- Omdurmanda, dövlət yayım binasının yaxınlığında, döyüşə məruz qalan bir qadın jurnalistlərə bildirib.


“Reuters” xəbər verir ki, son bir neçə gündə on minlərlə insan, o cümlədən sudanlılar və qonşu ölkələrin vətəndaşları Misir, Çad və Cənubi Sudana qaçıb.
 

Xatırladaq ki, aprelin 24-də mətbuatda Misirin hərbi attaşesinin köməkçisinin öldürülməsi ilə bağlı məlumat yayılmışdı. Misirin Sudandakı səfiri Hani Salah qətli inkar edir.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Müəmmalı şəkildə yoxa çıxan tarixi əsərlər - FOTOLAR

Arxeoloji tədqiqatlar nəticəsində bir çox tarixi əsərlər üzə çıxarılır. Lakin bəziləri üzə çıxsa və lazımi qaydada qorunsa da, müxtəlif səbəblərdən yoxa çıxır. ...

Keçi cinsi orqanı ilə ilə sərvət qazanan həkimin tapdığı maraqlı "müalicə" üsulu

Tarix indiyə qədər maraqlı müalicə üsulları görüb. Bu gün "alternativ tibb" adlanan şey, keçmiş illərdə bir çox insanın kor-koranə inandığı bir təcrüb...

Dünyanın ən böyük hava limanı 120 milyon sərnişinə xidmət göstərəcək - FOTO

2030-cu ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Kral Salman Beynəlxalq Hava Limanının açılışı planlaşdırılır. Altı nəhəng uçuş-enmə zolağına malik hava limanı 23 ...

Ermənistanın kapitulyasiya aktına imza atmasından dörd il ötür

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum - sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il ...

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər ...

Təyyarədə uçuş zamanı qapını açmağa çalışdı, stüardessanı girov götürdü - İlginc HADİSƏ

Panamada təyyarənin sərnişini uçuş zamanı qapını açmağa çalışıb və ekipaj tərəfindən zərərsizləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə "Dai...