Logo

Zəlzələ bölgəsində çalışan 55 min nəfərə medal veriləcək

Zəlzələ bölgəsində çalışan 55 min nəfərə medal veriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə zəlzələ bölgəsində təbii fəlakətin nəticələri ilə mübarizə zamanı öz fəaliyyəti ilə fərqlənən 55 min nəfərə medal veriləcək.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, medala layiq görüləcək şəxslər arasında həm yerli, həm də xarici vətəndaşlar olacaq.

“35 mindən çox insan axtarış-xilasetmə qrupları çərçivəsində bölgədə fəaliyyət göstərdi. Könüllülərlə birlikdə 650 min nəfər zəlzələ bölgəsinə axın edib. Qara gün dostlarımızın hamısını tanıyırıq”, - deyə Ərdoğan qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR