Peskovun oğlu “Vaqner”ə necə qoşulduğunu AÇIQLADI

Peskovun oğlu “Vaqner”ə necə qoşulduğunu AÇIQLADI

Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay  “Vaqner”in tərkibində təxminən 6 ay döyüşdüyünü açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə "Komsomolskaya Pravda" qəzetinə açıqlamasında deyib. Bunun öz qərarı olduğunu bildirən Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini söyləyib:

 

“Bu mənim vəzifəm idi. Dostlarım və başqaları ora gedəndə mən sadəcə oturub seyr edə bilməzdim”.

 

Digər muzdluların saxta şəxsiyyətdən istifadə etdiyini vurğulayan Nikolay Ukraynada hansı adla çağırıldığını açıqlamayıb və gələcəkdə də bu addan istifadə etməli ola biləcəyini bildirib.

 

Qeyd edək ki, “Vaqner”  Rusiyada “özəl hərbi şirkət” kimi təsvir edilir. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur. Rusiyanın Ukraynada hərbi itkiləri artdıqdan sonra “Vaqner”in son vaxtlar həbsxanalardan minlərlə məhkumu da cəlb etdiyi məlumdur. Amma Rusiyada çox nadir hallarda elit ailənin üzvü “Vaqner”ə qoşulur.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR