Dörd ölkənin müdafiə nazirləri Moskvada toplanır - Masada nələr var?

Dörd ölkənin müdafiə nazirləri Moskvada toplanır - Masada nələr var?

Sabah Türkiyə, Rusiya,Suriya və İran müdafiə nazirləri arasında dördtərəfli görüş keçiriləcək.

 

Sfera.az bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulisi Akar məlumat verib. Dekabrın 28-də Moskvada Türkiyə, Rusiya və Suriyanın müdafiə və kəşfiyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini xatırladan Akar bunların davam etdirilməsi ilə bağlı razılığın əldə edildiyini bildirib:

 

“Daha sonra İranın da bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən təsdiqlənib. Bu dəfə dördlük olaraq müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüşə hazırlaşırıq. Aprelin 25-də bu görüşün Moskvada keçirilməsi planlaşdırılır. Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir. Görüşdən sonra bəzi müsbət irəliləyişlərin olacağını gözləyirik”.

 

Türkiyənin terrorla mübarizədə qərarlı olduğunu, əlavə mühacir istəmədiyini deyən nazir qeyd edib ki, hədəfləri ölkədəki suriyalıların lazımi şərtlər yerinə yetirildikdən sonra könüllü və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməkdir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR