Logo

Şumaxer haqqında məqaləyə görə baş redaktor işdən çıxarıldı

Şumaxer haqqında məqaləyə görə baş redaktor işdən çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın "Die Aktuelle" jurnalı yarış pilotu Mixael Şumaxerlə süni intellekt əsasında hazırlanmış "müsahibə"nin yayılmasından sonra baş redaktor Anna Hoffmanı işdən çıxarıb.

Sfera.az bildirir ki, ötən həftə Alman jurnalı keçmiş Formula 1 çempionunun fotoşəkili ilə "Michael Şumaxer: ilk müsahibə!" başlığı ilə nömrə dərc edib.

Aşağıda, kiçik şriftlə “aldadıcı dərəcədə real göründüyünü" bildirən bir yazı yerləşdirilib. Mətnin içində isə sadəcə bütün mətnin süni intellekt tərəfindən yaradıldığı yazılıb. Buna görə, Mixael Şumaxerin ailəsi, onun şəxsi hüquqlarını pozduğuna görə nəşri məhkəməyə verməyi planlaşdırır. Bu məlumatı mətbuat katibi və ailə başçısı Səbinə Cam da təsdiqləyib. Eyni zamanda “Funkie” jurnalın baş redaktoru, 2009-cu ildən jurnalda çalışan Enn Hoffman ilə vidalaşmaq qərarına gəlib. Şirkət həmçinin Şumaxer ailəsinin üzvlərindən üzr istəyib. Foto: “Funke” jurnalı bölməsinin icraçı direktoru Bianca Pohlmann: “Bu zövqsüz və aldadıcı məqalə heç vaxt ortaya çıxmamalı idi.

Bu, oxucularımızın bizdən gözlədiyi jurnalistika standartlarına heç bir şəkildə cavab vermir"- deyə bildirib. Qeyd edək ki, “Funke”, “Die Aktuelle” jurnalının daxil olduğu media qrupudur. Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə xizək sürərkən baş verən qəzadan sonra ağır kəllə-beyin travması alıb. Uzun müalicələrdən sonra o, ictimaiyyət qarşısına çıxmır və səhhəti barədə çox az məlumat var. Aprelin 20-də Şumaxer ailəsi süni intellekt tərəfindən hazırlanmış müsahibə əsasında alman tabloidini məhkəməyə vermək niyyətində olduqlarını açıqlamışdı. Martın 28-də isə KİV Mixael Şumaxerin əfsanəvi avtomobilinin 7,5 milyon dollardan 9,5 milyon dollara qaldırmaq niyyəti ilə hərraca çıxarıldığını yazmışdı.

Şumaxer haqqında məqaləyə görə baş redaktor işdən çıxarıldı

Şumaxer haqqında məqaləyə görə baş redaktor işdən çıxarıldı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR