Din adamı İsanı görmək istəyən onlarla qadın və uşağı acından öldürüb - Foto
Keniyada polis xidmətçilərini “İsa ilə görüşmək” üçün aclıqdan ölməyə təşviq etdiyi iddiası ilə bir vaizi həbs edib. Aparılan araşdırma çərçivəsində sahilyanı Malindi şəhəri yaxınlığında 27 cəsəd çıxarılıb.
Sfera.az bildirir ki, Paul Mackenzie Ntenge adlı vaiz davamçılarını gölməçələrdə vəftiz edib, daha sonra onları acından ölməyə təşfiq edib. Pastor öz davamçılarını aclıqdan ölsələr, İsa ilə görüşə biləcəklərinə inandırıb. Polis hələ də qurbanların axtarışını davam etdirir.Tapılan meyitlər arasında uşaqlar da var. Polis məmurları araşdırma zamanı çətinliklərlə üzləşib, çünki bir çox dini ardıcıllar dövlət qurumları ilə əməkdaşlıqdan imtina edir və onlardan gizlənirlər.
Qeyd etdiyimiz kim, Paul Mackenzie Ntenge həbs edilib və məhkəməni gözləyir. O, keşişin təkidi ilə aclıqdan ölmüş dörd nəfərin cəsədi tapıldıqdan sonra polis tərəfindən həbs edilib. Polis hələ də qurbanların axtarışını davam etdirir. Paul McKenzie çoxlu yerli sakinlərin daxil olduğu Xristian təriqətinin Xoş Xəbər Beynəlxalq Kilsəsinin lideri olub.
Müstəntiqlərin müəyyən etdiyi kimi, ruhani lider İsa ilə görüşmək istəyən tərəfdarlarını buna aclıqdan ölməklə nail ola biləcəyinə inandırıb. NTV Keniyanın verdiyi məlumatda, aprelin 23-də daha 6 cəsəd aşkarlandığı bildirilib, bununla da qurbanların ümumi sayı 27-yə çatıb.Qəbirlərdən birində eyni anda 3 cəsəd tapılıb.










