Rusiyalı jurnalistlərə Amerika vizası VERİLMƏDİ
Kateqoriya məlum deyil
Rusiyalı jurnalistlərə xarici işlər naziri Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasına birlikdə uçmaq üçün Amerika vizası verilməyib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, nümayəndə heyətinin Nyu-Yorka yola düşdüyünü qeyd edib.
"Onların Nyu-Yorka uçuşuna 40 dəqiqə qalıb. Onların hamısı hava limanındadır. Viza verilmir. Amerika səfirliyindən cavab: “Biz bunun üzərində işləyirik”.
Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır", deyə Zaxarova Telegram kanalında yazıb.






