İnterpol 15 ölkədə əməliyyat keçirdi: 14 min 260 nəfər saxlanıldı

İnterpol 15 ölkədə əməliyyat keçirdi: 14 min 260 nəfər saxlanıldı

Beynəlxalq Polis Təşkilatı (İnterpol) Latın Amerikasının 15 ölkəsində odlu silahlara qarşı “Trigger IX” adı altında əməliyyat keçirib. 


Sfera.az xəbər verir ki, əməliyyat zamanı 8 263 qanunsuz odlu silah, 305 min sursat müsadirə edilib. Həmçinin 5,7 milyard dollar dəyərində 575 ton narkotik vasitə və narkotik istehsalında istifadə olunan xammal ələ keçirilib. 

 

Əməliyyatlar nəticəsində ümumilikdə 14 260 nəfər saxlanılıb.

 

İnterpolun verdiyi açıqlamada əməliyyatın Meksika, Braziliya, Kolumbiya, Argentina, Çili, Ekvador, Salvador, Boliviya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Uruqvayda aparıldığı bildirilib.

 

İnterpol rəsmiləri qeyri-qanuni odlu silahların qətl, narkotik və insan alveri kimi digər cinayətlərlə birbaşa əlaqəli olduğunu vurğulayıblar.

 

Əməliyyat sayəsində Primeiro Comando Capital, Mara Salvatrucha və Balkans Cartel kimi ümumilikdə 20 cinayət təşkilatına zərbə vurulub.

 

Bildirilib ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Trigger IX əməliyyatına ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosu (ATF) və Daxili Təhlükəsizlik Təhqiqat İdarəsi (HSI) də dəstək verib.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...