Logo

Hindistan əhalisinin sayına görə Çini keçəcək - STATİSTİKA

Hindistan əhalisinin sayına görə Çini keçəcək - STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistan 2023-cü ilin ortalarında əhalisinin sayına görə Çini keçəcək.

Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, BMT-nin Əhali Fondunun hesabatında yer alan məlumatlarda əksini tapıb.

Demoqrafik cədvələ görə, Hindistan əhalisi 2023-cü ildə 1,4286 milyarda çatacaq, Çində isə bu rəqəm 1,4257 milyard olacaq.

Real vaxt rejimində statistika təqdim edən "Worldometer" veb-saytı çərşənbə günü Hindistanın 1,4187 milyard, Çinin isə 1,4549 milyard əhalisinin olduğunu göstərir.

Xatırladaq ki, BMT-nin 15 noyabr 2022-ci il tarixli məlumatına görə, Yer kürəsində insanların sayı 8 milyard nəfərə çatıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR