Putinin boğazında görünən “Z” şəkilli çapıq yeni şayiələrə səbəb oldu - FOTO

Putinin boğazında görünən “Z” şəkilli çapıq yeni şayiələrə səbəb oldu - FOTO

Vladimir Putinin Pasxa mərasimi zamanı Xilaskar Məsih Kilsəsində boğazında “Z” şəkilli çapıqla görünməsi Kreml rəhbərinin ağır xəstə olduğu ilə bağlı yeni mülahizələrə səbəb olub.

Sfera.az bildirir ki, son aylar çoxları Rusiya prezidentinin səhhətinin vəziyyəti ilə bağlı fərziyyələr irəli sürür. Bəzilərinin sözlərinə görə, çox güman ki, Rusiya prezidenti hansısa tibbi prosedurdan sağ çıxıb.
 

Digər versiyalar arasında, onun xərçəng, Parkinson xəstəliyi və ya hər ikisi olduğu iddia edilib. Amma Kreml dəfələrlə bəyan edib ki, prezident sağlamdır.
 

Lakin söz-söhbətlər ötən bazar pravoslav Pasxa bayramından sonra daha da güclənib. Bəzi media yayımlanan fotonun elə-belə deyil, dərin çapığa bənzədiyini iddia edib.

Ukraynalı deputatı Aleksey Qonçarenko isə öz növbəsində Putinin o qədər də yaxşı görünmədiyini, çətinliklə hərəkət etdiyini və fotoda boğazındaki çapığın aydın göründüyünü bildirib.
 

"Diqqətlə baxsanız, bir növ şübhəli şəkildə Z hərfinə bənzəyir. Bilmirəm, bəlkə də bədənində bəzi başqa izlər də var. Amma aydındır, çox güman ki, o, hansısa tibbi prosedurdan sağ çıxıb"- deyə Qonçarenko bildirib.
 

Xatırladaq ki, Pentaqonun dərc olunan məxfi sənədlərində deyilir ki, Putin kimyaterapiyada olarkən onun generalları Ukraynada müharibəni pozmağa cəhd ediblər.
 

Daha əvvəl bildirilmişdi ki, Putin Şoyqu ilə görüşdə yenidən açılmış müharibə planlarını müzakirə edib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...