Polis şahzadə Harrini oğurluğa görə axtarır - FOTO

Polis şahzadə Harrini oğurluğa görə axtarır - FOTO

Britaniya polisi Şahzadə Harriyə çox bənzəyən axtarışda olan şəxsi Facebook səhifəsində avtomobilə girərək Louis Vuitton dizayner çantası, MacBook və Apple qulaqlıqlarını oğurladığını yazıb. Paylaşıma müşahidə kamerası tərəfindən çəkilmiş videonun skrinşotu əlavə olunub.
 

Sfera.az bildirir ki, oğurluqda şübhəli bilinən şəxs sosial media istifadəçiləri tərəfindən Sasseks hersoquna heyrətamiz dərəcədə oxşadılıb.


“Uotfordda oğurluqdan sonra şəxsiyyətini müəyyənləşdirmək istədiyimiz şəxsin təhlükəsizlik görüntülərini yayımladıq. 10 Mart Cümə günü saat 20:30 ilə 23:15 arasında Bushey Mill Lane-də Topgolfda avtomobil sındırılıb. Arxa şüşənin sındırıldığı bildirilir və içində Macbook, Apple qulaqlıqları və sərt disk olan Louis Vuitton çantası oğurlanıb.

Təhqiqata rəhbərlik edən PC Michael Norris:

"Şəkildəki şəxsin şəxsiyyətini müəyyənləşdirmək istərdik, çünki o, həmin vaxt ərazidə olub və araşdırmamıza kömək edə biləcək məlumatlara malik ola bilər. Əgər siz onu tanıyırsınızsa, zəhmət olmasa xəbər verin!"- deyə paylaşımda qeyd edib.


Şərhlərdə istifadəçilər qırmızı saqqallı kişinin kral ailəsinə bənzəməsinə göz yuma bilməyiblər.
 

"Şahzadə Harrinin Meqansız nadir görüntüləri ortaya çıxdı" deyə bir istifadəçi polis Facebook qrupuna yazıb.
 

"Bu Harridir! O, bir neçə həftədən sonra hava limanında olacaq", "Los-Anceles çətin günlər keçirməlidir", "Harrinin kitabı gözlənildiyi kimi olmadı", "Şahzadə Harri dolanmağa çalışır? ","Allahım, bu Şahzadə Harridir?", "Məncə onun adı Harri Vindzordur. Baxmayaraq ki, müdaxilə etmək istəmirəm" deyə şərhlərdə yazıblar.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...