Britaniya baş nazir Sunaka qarşı təhqiqat başladıldı

Britaniya baş nazir Sunaka qarşı təhqiqat başladıldı

Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentin sui-istifadə ilə mübarizə komissiyası tərəfindən araşdırma obyekti olub.


Buna səbəb onun maraqların toqquşması barədə bəyanat verməməsi olub.

Sfera.az bildirir ki, Böyük Britaniyanın baş nazirinə təhqiqat onun həyat yoldaşı Akşata Murtinin ortaq olduğu uşaq baxım agentliyinin büdcə siyasətindəki dəyişikliklərdən faydalanacağı ortaya çıxandan sonra başlayıb.
 

Məlumata görə, baş nazir keçən ay parlament komitəsinin iclasında uşaq baxımı sahəsində islahatlardan danışarkən həyat yoldaşının marağına toxunmayıb.


Britaniya mediasının məlumatına görə, bazar ertəsi parlamentin standartlar üzrə komissarı bildirib ki, baş nazirin maraqlarını bəyan etməməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
 

“Downing Street”dəki mənbə jurnalistlərə araşdırmanın “Koru Kids” uşaq baxımı agentliyi ilə bağlı olduğunu təsdiqləyib. Qeyd olunur ki, bu araşdırma baş nazir Akştata Murtinin həyat yoldaşının maliyyə və biznes maraqlarının ərinin siyasi diqqət mərkəzində olduğu ilk dəfə deyil.
 

Yüz milyonlarla funt-sterlinq dəyərində olan varis “The Independent” keçən il onun qeyri-kommersiya təşkilatına çevrilərək vergilərdən yayındığını açıqladıqdan sonra tənqid atəşinə tutulub. Açıqlamalar qəzəb doğurandan sonra o, bu statusdan imtina edib.
 

Qeyd edək ki, Sunak keçən ay Əlaqələr Komitəsinin iclasında çıxış edərkən büdcə ilə bağlı potensial maraq toqquşmaları barədə sorğulanıb. Leyboristlərdən olan deputat Katherine McKinnellin hesabat verəcəyi ilə bağlı sualına o:
 

“Xeyr, mənim bütün təfərrüatlarım adi qaydada açıqlanır”-cavabı verib.
 

Qeyd edək ki, “Koru Kids” hökumətin elan etdiyi uşaq baxımı islahatı büdcəsinin bir hissəsi olaraq pilot sxemdə məsləhətləşən altı özəl uşaq baxımı agentliyindən biridir.

Rishi Sunakın mövqeyi 4 aprel 2023-cü il tarixli Əlaqə Komitəsinə ünvanladığı məktubda Sunak marağını düzgün ifadə etdiyini və heç bir problem olmadığını qeyd edib.

"Qeyd edirəm ki, mediada həyat yoldaşımın “Koru Kids”də azlıqda iştirak payı olması ilə bağlı məlumatlar yayılıb. Komitə baş nazir kimi mənə suallar verib. Parlamentin protokolu üçün aydınlaşdırmaq istəyirəm ki, bu maraq Nazirlər Kabinetinin İdarəsi qanununda düzgün göstərilib. .Nazirlərin maraqlarının ən son siyahısı tezliklə müstəqil məsləhətçi ser Laurie Magnus tərəfindən dərc olunacaq”- Sunak açıqlamasında bildirib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...