Polis əməkdaşlarına tüpürən şəxs 70 il həbs cəzası aldı - FOTO

Polis əməkdaşlarına tüpürən şəxs 70 il həbs cəzası aldı - FOTO

ABŞ-ın Texas ştatından olan 36 yaşlı Larri Pearson keçən may ayında həbs olunarkən polis əməkdaşlarına tüpürdüyünə görə 70 il müddətinə azadlıqdan məhrum edilib.
 

Sfera.az bildirir ki, amerikalı Larri Pearson məişət zorakılığı ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, qadının sifət nahiyəsinə bir neçə dəfə zərbə endirib. Qadının çoxsaylı gözəgörünən xəsarətləri var. İddiaya görə, Pearson polis əməkdaşlarının qurbanı onunla birlikdə tutmamasından sonra əsəbiləşib və polis maşınının qapısını təpikləməyə başlayıb.
 

İki polis məmuru qapını açıb dayanmağı tələb edib, lakin kişi onlara tüpürüb.Larri Pirson istintaq təcridxanasına aparılana qədər polis əməkdaşlarının üzərinə tüpürməyə davam edib.
 

Məhkəmə zamanı məlum olub ki, həmin şəxs əvvəllər də quldurluğa görə məhkum olunub.
Daha sonra münsiflər heyəti Pearsonu hökumət məmurunu təqib etməkdə iki fakt üzrə təqsirli bilib. Məhkəmənin yekun müşavirəsində prokuror Cessika Qorman qeyd edib ki, həmin şəxs əvvəllər ağır quldurluq və məişət zorakılığına görə məhkum olunub. Buna görə onu minimum 25 il həbs cəzası gözləyir. Məhkəmə zamanı prokuror bildirib ki, əgər təqsirləndirilən şəxs cinayət həyatı yaşayacaqsa, o zaman həbsxanadakı digər cinayətkarlar arasında bunu edəcək.
 

Pearsonun vəkili Jim Shaw andlı iclasçılara bildirib ki, məhkumluq pis cinayət üçün nəzərdə tutulub.
 

Jessica Gorman isə:
 

"Əgər əvvəllər heç bir problem yaşamamısınızsa, belə bir şey üçün 70 il cəza almazdınız"-cavabını verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...